İraqda deputatın evinə silahlı hücum olub


  • 13:58

İraqda İraq Türkman Cəbhəsi Partiyasından olan millət vəkili Gülsel Məhəmmədin Kərkükdəki evinə silahlı hücum həyata keçirilib.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, partiya sədri sədri Məhəmməd Seman Ağa hücumu şiddətlə pisləyib.

Sədr bu hərəkətin Kərkükdəki təhlükəsizlik və sabitliyi pozmağa yönəldiyini vurğulayıb.

O, hadisəni açıq şəkildə qanun pozuntusu kimi qiymətləndirib və təhlükəsizlik orqanlarını məsələyə dair dərhal və şəffaf bir araşdırma aparmağa, günahkarları tapmağa və onlara qarşı tədbir görməyə çağırıb.

Hadisə nəticəsində ölən və ya yaralanan olmayıb.

Hadisəni törədən 20 yaşlı şəxs həbs edilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər