- 16:06
İsrail ordusu atəşkəsə baxmayaraq Qəzzaya hücumlarını davam etdirir.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, son 24 saat ərzində xəstəxanalara daha 1 ölü və 8 yaralı çatdırılıb.
2025-ci il oktyabrın 10-da Qəzzada atəşkəsin qüvvəyə mindiyi vaxtdan İsrailin hücumları nəticəsində 615 nəfər ölüb, 1 651 nəfər yaralanıb, dağıntılar altından 726 cəsəd çıxarılıb.
2023-cü ilin oktyabrından İsrailin Qəzza zolağına hücumları nəticəsində ölənlərin ümumi sayı 72 073 nəfərə çatıb, 171 749 nəfər yaralanıb.
Qəzza zolağında minlərlə cəsədin hələ də dağıntılar altında qaldığı bildirilir.
Humay Eminqızı