- 16:21
Türkiyənin Ərzurum şəhərində 2 zəncirvari yol qəzası olub.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Ərzurum-Aşkale avtomobil yolunda sərnişin avtobusu, yük maşını, mikroavtobus, minik avtomobili və digər bir neçə nəqliyyat vasitəsi toqquşub.
Hadisə yerinə çoxlu sayda təcili yardım, polis və jandarma qrupları, xilasedicilər xəlb edilib.
Qəzada yaralanan 27 nəfər təcili yardım maşınları ilə şəhərdəki xəstəxanalara aparılıb.
Qəzaya qatı dumanın səbəb olduğu bildirilir.
Bununla yanaşı eyni ərazidə daha bir zəncirvari yol qəzası baş verib.
Belə ki, İrana məxsus sərnişin avtobusu və iki yük maşınının toqquşduğu qəzada 1 nəfər ölüb, 4 nəfər yaralanıb.
İki qəzaya görə Ərzurum-Ərzincan avtomobil yolu nəqliyyatın hərəkətinə bağlanıb.
Şəbnəm Mehdizadə