Paşinyan Anna Akopyan ilə münasibətlərinin pozulmasına dair açıqlama verdi


  • 09:44

Ermənistan Baş naziri Nikol Paşinyan Anna Akopyanla münasibətlərinin pozulmasını şərh edib.

E-huquq.az xəbər verir ki, o öz şərhini feysbuk sosial şəbəkəsində yazıb.

"Mən Annanın qərarına hörmətlə yanaşıram. Son 30 il ərzində bütün çətin günlərimdə o, mənim yanımda olub, mənim dayağım və dəstəyim olub. Əmin deyiləm ki, mən də onun üçün eyni olmuşam.

Ola bilsin ki, mən ona daha çox acı vermişəm, bunun üçün üzr istəyirəm", - Paşinyan yazıb.

Oxşar xəbərlər