- 10:16
İran Əfqanıstanla Pakistan arasında münaqişənin nizamlanmasına kömək etməyə hazırdır.
E-huquq.az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi “X” platformasında yazıb.
“Əfqanıstan və Pakistan mövcud fikir ayrılıqlarını mehriban qonşuluq münasibətləri çərçivəsində və dialoq yolu ilə həll etməlidirlər. İran İslam Respublikası iki ölkə arasında dialoqun təşviqinə, qarşılıqlı anlaşma və əməkdaşlığın möhkəmləndirilməsinə hər cür dəstək göstərməyə hazırdır”, - Ərəqçi bildirib.
Humay Eminqızı