- 10:03
İsrail ordusu Qəzza zolağında polis məntəqələrinə hava zərbəsi endirib.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Xan Yunis şəhərinin qərbindəki əl-Məvasi bölgəsində yerləşən polis məntəqəsinə hava zərbələri nəticəsində 3 polis həyatını itirib.
Qəzza zolağının mərkəzində yerləşən əl-Bureyc Qaçqın Düşərgəsinin girişində polis mərkəzi yaxınlığına zərbə nəticəsində də 1 nəfər həyatını itirib.
Hər iki hücum nəticəsində çox sayda fələstinli yaralanıb.
Qəzzada atəşkəsin qüvvəyə mindiyi 10 oktyabr 2025-ci ildən bəri son məlumatlara görə, İsrailin hücumları nəticəsində 618 nəfər həyatını itirib.
İsrailin 2023-cü ilin oktyabrından bəri Qəzza zolağına həyata keçirdiyi hücumlarda isə 72 mindən çox insan həyatını itirib, 172 mindən çox insan yaralanıb.
Humay Eminqızı