Məzmuna keç

Banqladeşdə zəlzələ oldu

Banqladeşdə 5,5 bal gücündə zəlzələ qeydə alınıb.

E-huquq.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat verib.

Məlumata görə, zəlzələnin episentri 1,3 milyondan çox əhalisi olan Xulna şəhərindən 26 km cənub-qərbdə yerləşib.

Zəlzələ ocağı 35 km dərinlikdə olub.

“Reuters” agentliyinin məlumatına əsasən, yeraltı təkanlar ölkənin paytaxtı Dəkkədə də hiss edilib.

Dağıntılar və xəsarət alanlar barədə məlumat daxil olmayıb.

Humay Eminqızı