Şizofreniyadan əziyyət çəkən şəxs ana və nənəsini girov götürdü


  • 14:51

Türkiyənin Çorum vilayətində dəhşətli hadisə baş verib.

E-huquq.az-ın "TRT Haber"ə istinadən verdiyi məlumata görə, şizofreniya xəstəsi olan M.U. atası ilə mübahisə etdikdən sonra anası və nənəsini girov götürüb.

Məlumat daxil olduqdan sonra polis, xilasedicilər və təcili tibbi yardım briqadaları dərhal hərəkətə keçib.

Polisin M.U.-nu razı salmaq cəhdləri nəticə vermədiyi üçün yanğınsöndürənlər mənzilin qapısını sındırıblar. Əməliyyat zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları şübhəlini zərərsizləşdirmək üçün bibər qazından istifadə ediblər.

Onların hər üçü xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər