Çin Kanadadan idxal olunan bəzi mallara əlavə gömrük rüsumlarını ləğv edəcək


  • 14:59

Çin Xalq Respublikası Kanadadan idxal olunan bəzi mallara əlavə gömrük rüsumlarını ləğv edəcək.

E-huquq.az xəbər verir ki, bu barədə Ticarət Nazirliyinin bəyanatında bildirilib.

Belə ki, Çin və Kanada müvafiq ticarət və iqtisadi məsələlərin həlli üçün ilkin birgə razılaşma əldə ediblər və Kanada hökuməti Çindən idxal olunan polad və alüminium məhsullarına əlavə rüsumlar kimi məhdudlaşdırıcı tədbirlərin qismən düzəldildiyini rəsmən elan edib.

Razılığın əldə olunması ilə əlaqədar Pekin bəzi Kanada məhsulu kateqoriyalarına qarşı qarşılıqlı rüsumlar tətbiq etməmə qərarı qəbul edib.

Yenilənmiş rejim 2026-cı il martın 1-dən dekabrın 31-dək qüvvədə olacaq.

Əlavə rüsumlardan azad olunacaq dəqiq malların ayrıca siyahısını dərc edəcək.

Humay Eminqızı

Oxşar xəbərlər