- 16:02
Türkiyənin Əruzurum şəhərində güclü qar bir sıra fəsadlar törədib.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, dünən axşam saatlarında başlayan qar səhər saatlarına kimi davam edib.
Güclü qar küçə və yolları ağ rəngə bürüyüb, park edilmiş avtomobillər isə tamamilə qar altında qalıb.
Meteorologiya İdarəsinin məlumatına görə, qarın qalınlığı Yakutiyedə 58 santimetr, Əziziyedə 32, Palandökendə 30 santimetrə çatıb.
Güclü qar yollarda hərəkətin çətinləşməsinə səbəb olub.
Şəbnəm Mehdizadə