Rusiya məhkəməsindən “Google” şirkətinə 16 milyard cərimə


  • 15:45

“Google” şirkəti əvvəlki inzibati xətalara görə tətbiq edilmiş cərimələri ödəməkdən imtina etdiyinə görə 16 milyard rubldan artıq məbləğdə cərimələyib.

E-huquq.az xəbər verir ki, bu barədə Moskvanın Naqatinski rayon məhkəməsinin mətbuat xidmətindən məlumat verilib.

“Google” Rusiya Federasiyasının İnzibati Xətalar Məcəlləsinin 20.25-ci maddəsinin 1-ci hissəsində (inzibati cəzanın icrasından yayınma) nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib və 16 milyard rubl məbləğində inzibati cərimə təyin edilib.

2020-ci ildən etibarən Rusiya məhkəmələri qadağan olunmuş kontentin silinməsindən imtina, istifadəçi məlumatlarının Rusiya Federasiyası ərazisində lokallaşdırılması sahəsində əməkdaşlıqdan yayınma və digər inzibati xətalara görə “Google”a dəfələrlə cərimələr tətbiq ediblər.

Həmçinin məhkəmə YouTube platformasında Rusiya telekanallarının hesablarının bloklanmasına görə şirkətə qarşı cərimə tətbiq edib.

“Google”un Rusiya Federasiyasındakı ümumi borcu 2 undesilyon rubldan artıqdır.

Humay Eminqızı

Oxşar xəbərlər