- 17:12
Türkiyənin Artvin vilayətində dəhşətli yol qəzası baş verib.
E-huquq.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, Artvinin Hopa rayonunda avtomobilin dayanmış yük maşınına çırpılması nəticəsində 2 nəfər ölüb, 1 nəfər yaralanıb.
Hadisə yerinə təcili tibbi yardım, polis, jandarma və xilasedicilər cəlb edilib.
Avtomobildə olan 2 nəfər hadisə yerində ölüblər.
Dağıntılar altından çıxarılan sürücü Hopa Dövlət Xəstəxanasına aparılıb.
Şəbnəm Mehdizadə