Pakistan 274 əfqan əsgərinin öldürüldüyünü açıqlayıb


  • 17:12

Pakistanın cavab tədbirləri nəticəsində azı 274 əfqan hərbçi həlak olub, 400-dən çoxu yaralanıb.

E-huquq.az xəbər berir ki, bu barədə İslam Respublikası Silahlı Qüvvələrinin ictimaiyyətlə əlaqələr departamentinin direktoru Əhməd Çaudri mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Pakistan ordusu həmçinin 73 Əfqanıstan nəzarət-buraxılış məntəqəsini məhv edib, daha 18-i nəzarətə götürülüb.

Bundan əlavə, tanklar, zirehli transportyorlar və artilleriya da daxil olmaqla 115-dən çox hərbi texnikaya ziyan dəyib.

Humay Eminqızı

Oxşar xəbərlər