- 00:29
ABŞ Prezidenti Donald Tramp İranla razılaşmanın güc tətbiqi olmadan əldə olunmasının tərəfdarıdır.
Bu barədə e-huquq.az "Fox News"a istinadən xəbər verir.
"Əgər biz hərbi müdaxilə etməsək, daha yaxşı olardı, amma bəzən buna məcbur qalırıq", - Ağ Ev rəhbəri deyib.
O, ABŞ-nin hazırda dünyanın ən güclü ordusuna sahib olduğunu bildirib.
Qeyd edək ki, Tramp İranla danışıqların gedişatından məmnun olmadığını da bəyan edib.