Səudiyyə Ərəbistanı İranın Körfəz ölkələrinə hücumlarını sərt şəkildə qınadı: Bu, ağır nəticələrə səbəb ola bilər


  • 14:44

Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi İranın Körfəz ölkələrinə qarşı hücumlarını sərt şəkildə qınayıb.

E-huquq.az xəbər verir ki, Səudiyyə Ərəbistanı XİN bununla bağlı bəyanat yayıb.

Səudiyyə Ərəbistanı “İranın Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn Krallığı, Qətər Dövləti, Küveyt Dövləti və İordaniya Haşimilər Krallığının suverenliyinə qarşı həyata keçirdiyi kobud hücumu və açıq-aşkar pozuntunu qətiyyətlə pisləyib və ən sərt şəkildə qınayıb”.

Bəyanatda qeyd olunub ki, Krallıq “qardaş ölkələrlə tam həmrəy olduğunu və onların yanında dayandığını təsdiqləyir”.

Həmçinin vurğulanıb ki, Səudiyyə Ərəbistanı bu dövlətlərin qəbul etdiyi bütün tədbirlərə dəstək vermək üçün bütün imkanlarını səfərbər etməyə hazırdır.

Eyni zamanda bildirilib ki, dövlətlərin suverenliyinin və beynəlxalq hüquq prinsiplərinin pozulmasının davam etməsi ağır nəticələrə səbəb ola bilər.

***

13:57

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda partlayış səsləri eşidilib.

E-huquq.az xəbərverir ki, bu barədə AFP məlumat yayıb.

Məlumata görə, Ər-Riyadda güclü partlayış səsləri eşidilib.

Oxşar xəbərlər