Rusiya vətəndaşlarını İranı Azərbaycan vasitəsilə tərk etməyə çağırdı


  • 15:45

Rusiya vətəndaşlarını İranı Azərbaycan vasitəsilə tərk etməyə çağırıb.

E-huquq.az xəbər verir ki, bu barədə Rusiyanın Tehrandakı diplomatik missiyasının bəyanatında bildirilib.

Səfirlik İrandan çıxış üçün optimal marşrutların Astaradan Azərbaycana və Nurduz/Aqarak məntəqəsindən Ermənistana keçmək olduğunu bildirib.

“Səyahət edərkən diqqətli və sayıq olmağınızı tövsiyə edirik”, - bəyanatda qeyd olunub.

Nəzərə çatdırılıb ki, sərhədi keçmək üçün əvvəlcədən Azərbaycan hakimiyyət orqanlarından lazımi icazənin alınması tələb olunur.

Oxşar xəbərlər