Tramp Xameneinin ölüm xəbərlərini "etibarlı məlumat" adlandırdı


  • 01:47

ABŞ Prezidenti Donald Tramp administrasiyasının İranın ali dini rəhbəri ayətullah Əli Xameneinin ölümü ilə bağlı xəbərləri "etibarlı" hesab etdiyini bildirib.

E-huquq.az xəbər verir ki, ABŞ lideri bu barədə ABŞ-nin "NBC News" telekanalına telefonla verdiyi müsahibədə danışıb.

Müvafiq suala cavab olaraq Tramp: "Mən bir çox insanla danışmışam və biz bunun etibarlı məlumat olduğuna əminik", - deyə bildirib.

Onun sözlərinə görə, İranda qərar qəbul edən insanların əksəriyyəti artıq sağ deyil.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayaraq respublikanın şəhərlərinə hava zərbələri endirib. İran da cavab olaraq İsrail ərazisinə raketlər buraxıb. Bundan əlavə, İran qüvvələri ABŞ-nin Fars körfəzi ölkələrində yerləşən on dörd hərbi bazasına hücum edib. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar regionun bəzi ölkələri hava məkanını müvəqqəti olaraq bağlayıb.

Daha əvvəl bildirilib ki, BMT Təhlükəsizlik Şurasının təcili iclası çağırılıb.

Oxşar xəbərlər