- 12:55
ABŞ və İsrailin hücumları nəticəsində İranın Kəşfiyyat Nazirliyinin generalı Sərdar Rzayi öldürülüb.
E-huquq.az xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.
***
11:36
ABŞ ilə İsrailin hücumları nəticəsində İranda öldürülən yüksəkvəzifəli şəxslərin adları açıqlanıb.
E-huquq.az xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.
Siyahıda İranın Ali rəhbəri Əli Xamenei, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) baş komandanı general-mayor Məhəmməd Pakpur, ali dini liderin müşaviri Əli Şamxani, İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Əbdülrəhim Musəvi və müdafiə naziri Əmir Nəsirzadənin adı var.
Qeyd olunur ki, həlak olan digər şəxslərin adları sonradan açıqlanacaq.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayaraq respublikanın şəhərlərinə hava zərbələri endirib. İran da cavab olaraq İsrail ərazisinə raketlər buraxıb. Bundan əlavə, İranın silahlı qüvvələri ABŞ-nin Fars körfəzi ölkələrində yerləşən on dörd hərbi bazasına hücum edib.
Yaxın Şərqdəki vəziyyətlə əlaqədar regionun bəzi ölkələri hava məkanını müvəqqəti bağlayıb.