- 14:00
İranın briqada generalı Sərdar Vahidi İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yeni komandanı təyin edilib.
E-huquq.az xəbər verir ki, bu barədə SEPAH-ın teleqram kanalında məlumat yayılıb.
O, daha əvvəl də SEPAH-da yüksək vəzifədə çalışıb.
Qeyd edək ki, ABŞ İsrailin İrana qarşı fevralın 28-də başladıqları hərbi əməliyyatlar nəticəsində SEPAH-ın baş komandanı general-mayor Məhəmməd Pakpur həlak olub.
Öldürülənlər arasında İranın Ali rəhbəri Əli Xamenei, onun müşaviri Əli Şamxani, Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-mayor Əbdülrəhim Musəvi və müdafiə naziri Əmir Nəsirzadə də adı var.