Pezeşkian Xameneinin ölümünə görə qisas alacaqlarını bəyan etdi


  • 14:00

"Ali rəhbər Əli Xameneinin və digər yüksəkrütbəli rəsmilərin öldürülməsinə görə qisas almaq İranın vəzifəsi və qanuni haqqıdır".

E-huquq.az xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian xalqa ünvanladığı rəsmi başsağlığı müraciətində bildirib.

Prezident bu tarixi cinayətə görə sərt cavab veriləcəyini vurğulayaraq, hücumun icraçıları və sifarişçilərinin cəzasız qalmayacağını qeyd edib:

"İran İslam Respublikası ədalətin bərqərar olmasını, bu tarixi cinayəti törədənlərdən və onun sifarişçilərindən qisas alınmasını özünün vəzifəsi və qanuni haqqı hesab edir. Biz bu böyük məsuliyyəti və öhdəliyi yerinə yetirmək üçün bütün gücümüzü səfərbər edəcəyik".

Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail qüvvələrinin İrana qarşı başlatdığı irimiqyaslı hərbi əməliyyatlar nəticəsində İranın ali dini lideri Əli Xamenei başda olmaqla, hərbi-siyasi rəhbərliyin bir çox nümayəndələri həlak olub.

Oxşar xəbərlər