- 12:15
Pakistanın Gilgit-Baltistan bölgəsindəki Skardu şəhərində komendant saatı tətbiq edilib.
E-huquq.az "Dawn" qəzetinə istinadən xəbər verir ki, İran lideri Ayətullah Əli Xameneinin ABŞ-İsrail hücumlarında öldürülməsindən sonra Gilgit-Baltistan bölgəsində etirazlar güclənib.
Etirazçılar Birləşmiş Millətlər Təşkilatının (BMT) bölgədəki ofislərinə hücum edərək məktəb və polis məntəqəsini yandırıblar.
Gilgit-Baltistan polisi Skardu şəhərində komendant saatı elan edib.
Polis ictimai əmlakın qorunmasının bütün vətəndaşların vəzifəsi olduğunu bildirərək təmkinli olmağa çağırıb.
Bölgədəki bütün əcnəbi turistlər təhlükəsiz bölgələrə təxliyə edilib, bəzi yollar təhlükəsizlik səbəbilə nəqliyyatın hərəkətinə bağlanıb.
Gilgit-Baltistan bölgəsində mağazalar, bazarlar və biznes mərkəzləri bağlı olaraq qalır və ticarət fəaliyyəti dayandırılıb.
Şəbnəm Mehdizadə