- 12:32
Türkiyədə yağan güclü qara görə 10 vilayətdə 366 yol nəqliyyatın hərəkətinə bağlanıb.
E-huquq.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, qar təmizləmə qrupları bağlanan yolların yenidən açılması üçün işlərini davam etdirir.
Vanda qar və çovğun səbəbiylə 10 məhəllədə 35 yolun yenidən açılması üçün işlər görülür.
Muşun Varto rayonunda yerləşən 18 kəndə giriş mümkün deyil.
Bitlisdə isə qar və çovğun səbəbiylə 10 kənd yolunun bağlandığını bildirilib.
Bundan başqa Ardahanda da qar yağdığı üçün 4 kəndə giriş mümkün deyil.
Tokatda 19, Kastamonuda 86 kənd yolu bağlı qalıb.
Sinopda isə 12 kəndə də giriş mümkün deyil.
Şəbnəm Mehdizadə