23.10.2026
İrandan Azərbaycana təxliyə prosesi davam edir
Xəbərlər

İrandan Azərbaycana təxliyə prosesi davam edir

Mar 2, 2026

Bu gün səhər saatlarından Astara Sərhəd gömrük keçid məntəqəsindən Azərbaycan və xarici ölkə vətəndaşlarının keçidi davam edir.

E-huquq.az xəbər verir ki, bu dəqiqələrdə Astara Sərhəd gömrük keçid məntəqəsindən 1 Fransa, 7 Tacikistan və 5 Azərbaycan vətəndaşının keçidi təmin olunub.

Gecə saatlarında isə 50 Çin vətəndaşının keçidi təmin edilib.