- 13:04
İsrail hava qüvvələrinin Livanın paytaxtı Beyrut və cənub bölgələrinə hücumları nəticəsində 31 nəfər ölüb, 149 nəfər yaralanıb.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Livanın cənubundan və Bekaa vadisindən minlərlə insan ölkənin şimalına köç etməyə başlayıb.
İsrail ordusu Hizbullahı hədəf aldığını iddia edərək Livan ərazisinə hava hücumları təşkil etdiyini açıqlayıb.
Hizbullahın yaydığı bəyanatda raket hücumuna sərt cavab veriləcəyi vurğulanıb.
Açıqlamadan sonra paytaxt Beyrutda partlayış səsləri eşidilib.
İsrail Baş Qərargah rəisi Eyal Zamir Hizbullah hədəflərinə hücum edəcəklərini bəyan edib.
Zamir, Livana qarşı hücumun çox güman ki, bir neçə gün davam edəcəyini deyib.
İsrail Ordusunun sözçüsü Ella Vaveya Livanın cənubunda və Bekaa vadisində 50-dən çox yaşayış məntəqəsinin hədəf alınacağını açıqlayıb və sakinləri dərhal evlərini boşaltmağa çağırıb.
Vaveya bu qəsəbələrin sakinlərini ən azı 1000 metr uzaqlıqdakı açıq ərazilərə köçməyə çağırıb.
Şəbnəm Mehdizadə