ABŞ-də barda silahlı insident: 2 nəfər ölüb, 14 nəfər yaralanıb


  • 12:32

ABŞ-nin Texas ştatında barda silahlı insident baş verib.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, ştatın Ostin şəhərində baş verən barda atışma nəticəsində 2 nəfər ölüb, 14 nəfər yaralanıb.

Ndiaqa Diaqne adlı 53 yaşlı Seneqal əsilli kişi avtomobili ilə barın ətrafında bir neçə dəfə dövrə vurub.

Daha sonra o, maşını saxlayıb və atəş açmağa başlayıb.

Hadisə yerinə çoxlu sayda polis bölməsi göndərilib və hücum edən şəxs güllələnərək zərərsizləşdirilib.

Rəsmilər hadisə nəticəsində 14 nəfərin yaralandığını açıqlayıb.

Onlar zərərsizləşdirilən hücumçunun üzərində İran bayrağı dizaynı olan geyimdə olduğunu bildiriblər.

ABŞ Daxili Təhlükəsizlik Departamenti hücumçunun 2000-ci ildə B-2 turist vizası ilə ABŞ-a daxil olduğunu və altı il sonra ABŞ vətəndaşı ilə evlənərək qanuni daimi yaşayış icazəsi aldığını açıqlayıb.

Bildirilib ki, Diaqne 2013-cü ildə ABŞ vətəndaşı olub.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər