- 14:14
Boliviyanın paytaxtı La Paz yaxınlığında nağd pul daşıyan hərbi təyyarənin qəzaya uğraması nəticəsində ölənlərin sayı 22-yə çatıb.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Müdafiə naziri Marselo Salinas məlumat verib.
Belə ki, yeni çap edilmiş Boliviya valyutasını daşıyan Hercules C-130 yük təyyarəsi paytaxt La Pazla qonşu olan El Alto şəhərinin hava limanına enərkən uçuş-enmə zolağından çıxıb və daha sonra yaxınlıqdakı sahəyə çırpılıb.
Boliviya polis rəisi Mirko Sokol bildirib ki, qəza nəticəsində 37 nəfər yaralanıb.
Sokol cəsədlərin parçalandığına görə indiyədək yalnız 9 nəfərin şəxsiyyətinin müəyyən edildiyini və prosesin davam etdiyini bildirib.
Boliviya prezidenti Rodriqo Paz qəzanın səbəblərinin araşdırmaq üçün istintaq komitəsinin yaradıldığını deyib.
Rəsmilər təyyarədən düşən əskinasların rəsmi seriya nömrələrinin olmadığını açıqlayıb.
Təyyarə qəzasından sonra yüzlərlə insan Boliviya Mərkəzi Bankına daşınan pulları toplamaq üçün hadisə yerinə axışıb.
Şəbnəm Mehdizadə