Kubada 5,3 bal gücündə zəlzələ oldu


  • 6 Mart 17:44

Kubanın şərqində 5,3 bal gücündə zəlzələ baş verib.

E-huquq.az xəbər verir ki, bu barədə Kuba Milli Seysmoloji Xidməti məlumat yayıb.

Məlumata görə, təkanlar yerli vaxtla saat 04:56-da qeydə alınıb.

Zəlzələnin episentri Quantanamo vilayətində yerləşən İmias yaşayış məntəqəsindən 30 km cənub-şərqdə olub.

Zəlzələnin ocağı 30 km dərinlikdə yerləşib.

Təkanlar Santyaqo-de-Kuba və Quantanamo vilayətlərində hiss olunub.

Humay Eminqızı

Oxşar xəbərlər