- 6 Mart 19:08
Ötən gün Hindistanın şimal-şərqindəki Assam əyalətində qırıcı təyyarənin qəzaya uğraması nəticəsində iki pilot həlak olub.
E-huquq.az xəbər verir ki, Hindistan Hərbi Hava Qüvvələri məlumat yayıb.
Həyatını itirən iki pilotun mayor Anuj və kapitan Purvesh Duraqkar olduğu məlum olub.
Qeyd edək ki, təyyarə ilə sonuncu əlaqə yerli vaxtla saat 19:42-də edilib, bundan sonra o, radarlardan itib.
Təyyarənin Corhatdan təxminən 60 kilometr aralıda qəzaya uğradığı, axtarış-xilasetmə işlərinə başlanıldığı bildirilib.
Şəbnəm Mehdizadə