Əraqçi: İrana qarşı müharibəyə dəstək Avropaya Rusiya ilə qarşıdurmada kömək etməyəcək
Avropa İrana qarşı müharibəni dəstəkləməklə ABŞ-dan Rusiya ilə qarşıdurmada əlavə dəstək alacağını düşünməkdə səhv edib.
E-huquq.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi bildirib.
Onun sözlərinə görə, İrana qarşı hərbi əməliyyatlara dəstək vermək Avropaya Rusiya ilə geosiyasi qarşıdurmada üstünlük qazandırmayacaq.

