23.10.2026
Ukrayna parlamentində 60-a yaxın deputat mandatdan imtina etmək istəyir
Dünya

Ukrayna parlamentində 60-a yaxın deputat mandatdan imtina etmək istəyir

Mar 14, 2026

Ukrayna Ali Radasının onlarla deputatı səlahiyyətlərini dayandırmaq üçün ərizə yazıb.

E-huquq.az xəbər verir ki, bu barədə parlament üzvü Aleksandr Yurçenko məlumat yayıb.

Onun sözlərinə görə, mandatını təhvil vermək istəyən deputatların sayı təxminən 50-60 nəfər civarındadır.

Söhbət əsasən hakim “Xalqın xidmətçisi” partiyasından olan deputatlardan gedir.

Deputatların bu qərarına səbəb kimi parlamentin uzun müddətli fəaliyyət dövrü, bəzi məsələlərdən narazılıq, yorğunluq və maaşların aşağı olması göstərilir.