- 15:57
Rusiya prezidenti Vladimir Putin konstruktiv dialoqa və danışıqlar masası arxasında ən kəskin məsələlərin müzakirəsinə açıqdır.
E-huquq.az xəbər verir ki, bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bildirib.
Jurnalistlərin Rusiyanın Avropa ölkələrindən enerji əməkdaşlığının bərpası ilə bağlı siqnallar alıb-almaması barədə sualını cavablandıran Peskov bildirib ki, Moskva bu məsələ ilə bağlı heç bir siqnal almayıb. Bununla yanaşı, avropalılar tərəfindən Ukraynada sülh nizamlanmasında iştirak etmək istəyi ilə bağlı siqnallar olub, lakin Rusiya bunu məqsədəuyğun hesab etməyib.
"Müzakirəyə başlamaq üçün heç vaxt gec deyil. Bilirsiniz ki, Putin konstruktiv dialoqa və danışıqlar masası arxasında ən kəskin məsələləri müzakirə etməyə açıqdır", - Peskov bildirib.
Humay Eminqızı