Şagirdləri terror fəaliyyətinə cəlb edən yeniyetmə saxlanıldı


  • 14:57

Başqırdıstanda şagirdləri terror fəaliyyətinə cəlb edən və pravoslav kilsəsində terror aktı törətməyi planlaşdıran yeniyetməni saxlayıblar.

E-huquq.az xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti məlumat yayıb.

2009-cu il təvəllüdlü Ufa sakini Ukrayna ərazisində yaşayan və “Mənsur əl-Ukraini” təxəllüsü ilə fəaliyyət göstərən təşkilatın funksioneri tərəfindən “Telegram” vasitəsilə cəlb olunub. Onun tapşırığı ilə yuxarı sinif şagirdləri və kollec tələbələri arasında ideoloji təsir göstərərək onları terror fəaliyyətinə cəlb etməyə çalışıb. Sonradan o kuratorun göstərişi ilə əl istehsalı partlayıcı qurğu hazırlamağı və Ufanın pravoslav kilsələrindən birində diversiya-terror aktı törətməyi planlaşdırıb.

“Axtarış zamanı ondan ekstremist ədəbiyyat, beynəlxalq terror təşkilatına aid simvolika, həmçinin kurator tərəfindən göndərilmiş, əl istehsalı partlayıcı qurğuların hazırlanması və terror aktlarının törədilməsi ilə bağlı video təlimatlar götürülüb”, - məlumatda bildirilib.

Humay Eminqızı

Oxşar xəbərlər