- 16:30
İsrailin müdafiə naziri İsrael Katz İranın kəşfiyyat qurumunun rəhbəri İsmayıl Xətibin öldürüldüyünü bəyan edib.
Bu barədə e-huquq.az "The Times of Israel"ə istinadən xəbər verir.
Katzın sözlərinə görə, Xətib ötən gecə İsrailin Tehrana endirdiyi zərbə nəticəsində öldürülüb.
Nazir əlavə edib ki, gün ərzində bütün cəbhələrdə gözlənilməz hadisələr ola bilər: "Bu isə İrana və "Hizbullah"a qarşı döyüş əməliyyatlarının güclənməsinə gətirib çıxaracaq".
İ.Katz, həmçinin qeyd edib ki, İsrailin Baş naziri Benyamin Netanyahu ilə birlikdə o, İsrail Ordusuna istənilən yüksək rütbəli İran rəsmisinin öldürülməsi üçün "əlavə icazə almadan" hərəkət etmə səlahiyyəti verib.
Daha əvvəl məlumat verilmişdi ki, İran kəşfiyyatının rəhbəri İsmayıl Xətib güman edilir ki, Tehrana endirilən son İsrail zərbələrinin hədəfləri arasında olub.