BMT Trampın İran sivilizasiyasını məhv etmək təhdidlərini pisləyib


  • 7 Aprel 23:16

BMT-nin baş katibi Antonio Quterreş mülki şəxslərin siyasi və hərbi qərarlara görə kollektiv şəkildə cəzalandırılmasına imkan verən bəyanatlardan dərin narahatlıq keçirir və Yaxın Şərqdəki müharibəyə son qoymaq üçün təcili diplomatik səylər göstərilməsinə çağırır.

E-huquq.az xəbər verir ki, bu barədə BMT baş katibinin sözçüsü Stefan Dujarrik bildirib.

“Baş katib mülki şəxslərin və ya bütöv sivilizasiyaların siyasi və hərbi qərarların nəticələrinə məruz qala biləcəyi barədə açıqlamalardan dərin narahatlıq keçirir. Cəmiyyətin infrastrukturunun kütləvi şəkildə məhv edilməsini və ya mülki şəxslərə qəsdən əzab verilməsini haqlı çıxaran heç bir hərbi məqsəd yoxdur”, - deyə Dujarrik bildirib.

BMT-nin Baş katibi həmçinin Hörmüz boğazında naviqasiya azadlığının bərpasına çağıraraq bildirib ki, Hörmüz boğazı boğulduqda, dünyanın ən yoxsul və ən həssas insanları nəfəs ala bilmir.

Oxşar xəbərlər