BƏƏ və Küveyt hava hücumundan müdafiə sistemlərini işə salıb


  • 09:49

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Küveytdə İranın raket və dron hücumlarına cavab olaraq hava hücumundan müdafiə sistemləri işə salınıb.

E-huquq.az xəbər verir ki, bu barədə BƏƏ-nin Müdafiə Nazirliyi məlumat yayıb.

Açıqlamada İrandan raket və pilotsuz uçuş aparatlarından istifadə edilərək edilən hücumların təsbit edildiyi, bu raket və pilotsuz təyyarələrə qarşı hava hücumundan müdafiə sistemlərinin işə salındığı bildirilib.

Küveyt ordusu yaydığı məlumatda raket və dron hücumlarının qarşısının alındığını bildirib.

Açıqlamada əhaliyə təhlükəsizlik göstərişlərinə əməl etməyə çağırılıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər