- 10:45
İranın gözlənilən cavab hücumlarına görə Qətər, Bəhreyn və Səudiyyə Ərəbistanında xəbərdarlıq sirenləri səslənib.
E-huquq.az xəbər verir ki, Qətər Daxili İşlər Nazirliyi əhaliyə təhlükə keçənə qədər öz evində və təhlükəsiz yerlərdə qalması barədə xəbərdarlıq edib.
Qətər Müdafiə Nazirliyi ölkəni hədəf alan raket hücumlarının qarşısının alındığını bildirib.
Səudiyyə Ərəbistanının Mülki Müdafiə İdarəsi ölkənin cənub-şərqindəki Əl-Xarc əyalətində hücum təhlükəsi səbəbindən sirenlər səsləndiyini açıqlayıb.
Bəhreyn Daxili İşlər Nazirliyinin yaydığı bəyanatda vətəndaşların ən yaxın təhlükəsiz yerə getməsi tövsiyə edilib.
Qeyd edək ki, fevralın 28-dən İran ABŞ və İsrailin hücumlarına cavab olaraq ABŞ bazalarına və yeddi ərəb ölkəsindəki həssas hədəflərə raket və pilotsuz təyyarələrlə hücumlar edir.
Şəbnəm Mehdizadə