Dağıstanda sabiq vəzifəli şəxs saxlanıldı


  • 15:52

Vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilən Dağıstan Dövlət Mənzil Müfəttişliyinin sabiq rəhbəri saxlanılıb.

E-huquq.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.

O, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 285-ci maddəsinin 3-cü hissəsində nəzərdə tutulmuş cinayəti törətməkdə (Rusiya Federasiyası subyektində dövlət vəzifəsi tutan şəxs tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsi və bunun ağır nəticələrə səbəb olması) şübhəli bilinir.

Məlumata görə o qanunsuz əməlləri ilə Dağıstan Respublikasının Dövlət Mənzil Müfəttişliyinə 700 min rubldan çox məbləğdə maddi ziyan vurub.

Hazırda onun barəsində qətimkan tədbirinin seçilməsi məsələsinə baxılır.

Humay Eminqızı

Oxşar xəbərlər