Bu bitkidə alimləri heyrətləndirən xüsusiyyət aşkarlanıb


  • 17:41

Yer üzündə milyonlarla yaşı olan “at quyruğu” bitkisinin alimləri heyrətləndirən bir xüsusiyyət aşkarlanıb.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, PNAS jurnalında dərc olunan tədqiqat göstərir ki, bitkinin kökləri sudan çəkir, onu boş gövdəsi boyunca daşıyır və gövdədəki məsamələr vasitəsilə buxarlandırır. Bu proses zamanı suyun kimyəvi tərkibi fövqəladə şəkildə dəyişir və meteoritlərdə rast gəlinən oksigen izotoplarına bənzər xüsusiyyət qazanır.

O, təbii distillə prosesi ilə suyu kosmik səviyyədə nadir oksigen izotopları ilə zənginləşdirir.

Beləliklə, “at quyruğu” bitkisi Yer üzündə nadir hallarda rast gəlinən “kosmik su” istehsal edir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər