23.10.2026
Qəzzada ölənlərin sayı 72 619 nəfərə çatdı
Dünya

Qəzzada ölənlərin sayı 72 619 nəfərə çatdı

May 6, 2026

İsrail ordusunun Qəzza zolağına hücumları nəticəsində ölənlərin sayı 72 619 nəfərə çatıb.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, İsrail ordusu atəşkəsə baxmayaraq Qəzzaya hücumlarını davam etdirir.

Qəzza Səhiyyə Nazirliyindən verilən məlumata görə, son 24 saatda Qəzzada 4 nəfər ölü, 16 yaralı xəstəxanalara çatdırılıb.

Qəzzada atəşkəsin qüvvəyə mindiyi 10 oktyabr 2025-ci ildən bəri İsrailin hücumları nəticəsində 837 nəfər ölüb, 2 381 nəfər yaralanıb, dağıntılar altından 769 cəsəd çıxarılıb.

İsrailin 2023-cü ilin oktyabrından Qəzza zolağına hücumları nəticəsində 172 484 nəfər yaralanıb.

Humay Eminqızı