- 13:22
Türkiyənin İzmir şəhərində 43 qanunsuz miqrant xilas edilib.
E-huquq.az xəbər verir ki, bu barədə məlumat Sahil Mühafizə Komandanlığının internet saytında yer alır.
Bildirilib ki, Foça sahillərində bir qrup qanunsuz miqrantı daşıyan rezin qayıq batmaq təhlükəsi ilə üzləşib.
Hadisə yerinə 4 Sahil Mühafizə qayığı və 1 helikopter göndərilib. Komandalar qayıqda olan 39 və suda olan 4 miqrantı xilas edib.
Bir miqrant dənizdən ölü tapılıb, bir qaçaqmalçı isə tutulub.
Qanunsuz miqrantlar miqrasiya idarəsinə təhvil verilib.
Şəbnəm Mehdizadə