Türkiyədə 31 yaşlı qadın Krım-Konqo qızdırmasından ölüb


  • 13:03

Türkiyənin Sivas vilayətində Krım-Konqo Qızdırmasına (KKKA) yoluxan şəxs ölüb.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, İstanbuldan Sivasın Akıncılar mahalına tətil üçün gələn 31 yaşlı Havva Dursunu gənə dişləyib.

Gənc qadın yaxınları tərəfindən Akıncılar Dövlət Xəstəxanasına, daha sonra isə Suşehri Dövlət Xəstəxanasına aparılıb.

Reanimasiya şöbəsinə yerləşdirilən qadının həyatını xilas etmək mümkün olmayıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər