- 13:03
Nigeriyanın 10 əyalətində Ebola virusu riski səbəbindən fövqəladə vəziyyət elan olunub.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Nigeriya Xəstəliklərə Nəzarət Mərkəzi (NCDC) məlumat yayıb.
Qərar Ebola virusunun Bundibuqyo ştammının Uqanda və Konqo Demokratik Respublikasında (DRC) yayılması ilə əlaqədar qəbul edilib.
Bildirilib ki, beynəlxalq səyahət və sərhəd hərəkətliliyi Nigeriyada yoluxma riskini artırır.
Enugu, Borno, Akwa Ibom, Cross River, Taraba və Adamawa əyalətləri yüksək risk altında, Kaduna, Katsina, Bauchi və Plateau isə orta risk qrupundadır. Epidemiyanın xüsusilə gənc və orta yaşlı əhaliyə təsir etdiyi bildirilir.
Bundibuqyo ştammı üçün xüsusi peyvənd və ya xüsusi müalicə yoxdur. NCDC-nin yaydığı bəyanatda erkən aşkarlama və dərhal müdaxilənin vacibliyini vurğulanıb. Ölkədə Fövqəladə Əməliyyatlar Mərkəzi işə salınıb və əyalətlərdən 72 saat ərzində hazırlıq hesabatları tələb olunub.
Qeyd edək ki, Ebola virusunun bu ştammı ilk dəfə 2007-ci ildə Uqandanın Bundibuqyo bölgəsində aşkarlanıb. Ümumdünya Səhiyyə Təşkilatı bildirir ki, virus yoluxmuş şəxslərin qanı və digər bədən mayeləri ilə keçir və yüksək ölüm riski daşıyır.
Şəbnəm Mehdizadə