Kahramanmaraşda 4,4 bal gücündə zəlzələ oldu


  • 15:27

Türkiyənin Kahramanmaraş vilayətində 4,4 bal gücündə zəlzələ baş verib.

E-huquq.az xəbər verir ki, bu barədə Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Yeraltı təkanların episentri Kahramanmaraşın Pazarcık rayonu olub. Zəlzələ yerli vaxtla saat 13:12-də qeydə alınıb.

Zəlzələnin ocağı yerin təxminən 12,46 kilometr dərinliyində yerləşib.

Yeraltı təkanlar Kahramanmaraşla yanaşı, ətraf vilayətlərdə də hiss olunub.

İlkin məlumata görə, zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan tələfatı qeydə alınmayıb. Bununla belə, təkanların hiss edildiyi ərazilərdə bəzi sakinlərin qısa müddətli təşviş yaşadığı bildirilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər