Çikaqoya uçan təyyarə Mayamidə təcili eniş edib


  • 15:35

ABŞ-də Puerto-Rikodan Çikaqoya uçan təyyarə Mayami Beynəlxalq Hava Limanında təcili eniş edib.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, "Frontier Airlines" aviaşirkətinə məxsus təyyarə Mayami Beynəlxalq Hava Limanında təcili eniş etməli olub.

Hadisəyə sərnişin Xuan Qabriel Reyesin həyəcanlanaraq təcili çıxış qapısını açmağa və stüardessanı boğmağa cəhd etməsi səbəb olub.

Belə ki, təyyarə havaya qalxdıqdan təxminən 45 dəqiqə sonra Reyes pilot kabinəsinin qapısını zorla açmağa çalışıb. Kabin heyəti onu sakitləşdirmək üçün tualetə göndərsə də, sərnişin yenidən aqressiv davranaraq stüardessaya hücum edib.

Təyyarədəki sərnişinlərin və heyətin səyi ilə Reyes nəzarət altına alınıb.

Təyyarə saat 23:55-də təhlükəsiz şəkildə Mayami hava limanına enib. Reyes FTB-yə təhvil verilib və həbs olunub.

Uçuş bir neçə saatlıq gecikmədən sonra Çikaqoya davam edib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər