Türkiyədə bu gülü dərənlər cərimələnə bilər


  • 15:55

Türkiyənin Aydın vilayətinin Kuşadası rayonunda yetişən və bölgənin simvolu sayılan endemik Tülüşah laləsi (Rhaponticoides mykalea) çiçək açıb.

E-huquq.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, Soğucak ərazisindəki milli parkda bu il ilk dəfə çiçəkləyən nadir bitki öz gözəlliyi ilə diqqət çəkir.

Səlahiyyətli qurumlar Tülüşah laləsinin qorunan növlərdən olduğunu bildiriblər. Bitkinin dərilməsi, kökündən çıxarılması, yaşayış mühitinin məhv edilməsi və ya ona zərər vurulması qadağandır.

Qaydaları pozan şəxsləri 699 min 245 türk lirəsi məbləğində inzibati cərimə gözləyir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər