- 16:51
Yeni Zelandiya sahilləri yaxınlığında 6,3 bal gücündə zəlzələ baş verib.
E-huquq.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti (USGS) məlumat yayıb.
Məlumata görə, zəlzələnin episentri Yeni Zelandiyanın şimalında, Kermadek adaları sahillərində yerləşib.
İlkin məlumatlara görə, 226,1 kilometr dərinlikdə baş verən 6,3 maqnitudalı zəlzələ nəticəsində insan tələfatı və ya dağıntı qeydə alınmayıb.
Zəlzələdən sonra sunami xəbərdarlığı verilməyib.
Şəbnəm Mehdizadə