Cənubi Koreyada istidən ölənlərin sayı 21-ə çatıb


  • 16:07

Cənubi Koreyada isti hava bir sıra fəsadlar törədib.

E-huquq.az "Yonhap" agentliyinə istinadən xəbər verir ki, ölkənin əksər ərazilərində həddindən artıq isti ilə bağlı xəbərdarlıqlar qüvvədə qalır.

Ölkədə hava şəraiti ilə əlaqəli sağlamlıq problemləri artır.

Cənubi Koreya Xəstəliklərə Nəzarət və Profilaktika Agentliyinin açıqlamasına görə, may ayının ortalarından bəri isti hava dalğaları ilə əlaqəli səhhətində problem yaranan 2 441 nəfər təcili tibbi yardım şöbələrinə müraciət edib.

Bildirilib ki, bu il kəskin isti hava nəticəsində 21 nəfər həyatını itirib.

Yangsan şəhərində havanın temperaturu 42 dərəcəyə çatıb və bununla ölkə üzrə yeni rekord qeydə alınıb.

Tequ şəhərində isə temperatur 40,9 dərəcəyə çatıb.

Humay Eminqızı

Oxşar xəbərlər