- 12:35
Türkiyənin İzmir şəhərində meşə yanğını başlayıb.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, İzmirin Dereköy məhəlləsi yaxınlığındakı meşəlik ərazidə naməlum səbəbdən yanğın baş verib.
Məlumat daxil olduqdan sonra İzmir Regional Meşəçilik İdarəsinə məxsus yanğınsöndürmə maşınları və ağır texnika əraziyə göndərilib.
Yanğınsöndürmə qrupları yanğını nəzarət altına almaq istiqamətində işlərini davam etdirirlər.
Şəbnəm Mehdizadə