- 12:35
Türkiyənin İstanbul şəhərində güclü yanğın olub.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, İstanbulun Sarıyer rayonunda yerləşən yaşayış kompleksindəki dördmərtəbəli binanın birinci mərtəbəsindəki mənzildə naməlum səbəbdən yanğın baş verib.
Yanğın nəticəsində yayılan qatı tüstü səbəbindən binadan çıxa bilməyən səkkiz nəfər dama çıxıb.
Xəbər verildikdən sonra hadisə yerinə yanğınsöndürən, polis və tibb qrupları göndərilib.
Yanğınsöndürənlər 8 nəfəri damdan çıxararaq yanğını tez bir zamanda söndürüblər.
Yanğın nəticəsində mənzilə ziyan dəyib.
Şəbnəm Mehdizadə