Nepalda daşqınlar nəticəsində ölənlərin sayı 1287-yə çatıb


  • 15:15

Nepalın Rasuva rayonu və ətraf ərazilərdə baş verən daşqınlar nəticəsində həyatını itirənlərin sayının 1287-yə çatıb.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bölgədə itkin düşən 5083 nəfərin axtarış-xilasetmə əməliyyatları davam edir.

Qeyd olunub ki, əməliyyatlara 21 mindən çox təhlükəsizlik əməkdaşı cəlb edilib və indiyədək 13 093 nəfər xilas edilib.

Qeyd edək ki, avqustun 26-da Nepalın Rasuva rayonunda daşqınlar baş verib. Təbii fəlakət nəticəsində, onlarla körpü dağılıb, yollara ziyan dəyib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər